Tamara Mustafayeva, Banco.az
Bitkoin iki həftəlik maksimumuna yüksəlib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin ötən 2 gün ərzində 4%-ə yaxın dəyər qazanmaqla 51 min 524 dollara qədər bahalaşıb. Daha sonra bir qədər ucuzlaşan bitkoinin qiyməti hazırda 50 min 864 dollar təşkil etməkdədir.
İkinci ən dəyərli kriptovalyuta olan ethereum isə ötən sutka ərzində 0,62% dəyər itkisi ilə 4 min 87 dollara enib.
Qeyd edək ki, bazar dəyəri baxımından ilk 100-ə daxil olan kriptovalyutaların əksəriyyətində bahalaşma dinamikası müşahidə edilməkdədir.
Bizi sosial şəbəkələrdən izləyin!!