Bitkoin kəskin ucuzlaşdı | Banco.az

Bitkoin kəskin ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Bitkoində dünən başlayan ucuzlaşma bu gün də davam etməkdədir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin ötən 24 saat ərzində 4% dəyər itirməklə 58 min 890 dollara geriləyib. Daha sonra isə cüzi bahalaşaraq hazırda 59 min 74 dollara ticarət edilir.

İkinci ən dəyərli kriptovalyuta olan ethereum da gündəlik əsasda 6,9% ucuzlaşaraq 4 min dollara enib.

Qeyd edək ki, son həftələrdə ən çox maraq doğuran kriptovalyuta növü SHIBA INU isə kəskin bahalaşmağa başlayıb. Sözügedən kriptovalyuta ötən 24 saat ərzində 44% dəyər qazanaraq bazar dəyərini 45.9 milyard dollara çatdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et