Bitkoin kəskin ucuzlaşdı | Banco.az

Bitkoin kəskin ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Həftə sonu 42 min dollara yüksələn Bitkoin axırıncı 48 saat ərzində kəskin geriləyərək 33 min 500 dollara qədər ucuzlaşıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, bitkoinin qiymətinin kəskin ucuzlaşmasının əsas səbəblərindən biri kimi HSBC başda olmaqla əksər ingilis banklarının müvafiq addımları göstərilir.

Qeyd edək ki, kriptovalyuta birjasında axırıncı 24 saat ərzində aparıcı 100 valyutadan ancaq 7-sinin dəyəri yüksəlib, ilk 10 valyuta içərisində isə dəyər qazanan olmayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram