Bitkoin cəmi 1 saat ərzində 3,1 faiz bahalaşıb | Banco.az

Bitkoin cəmi 1 saat ərzində 3,1 faiz bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kriptovalyuta bazarının diqqətini bitkoinin kritik səviyyədəki volatilliyinə yönəlib.

Banco.az xəbər verir ki, dünən Bakı vaxtı ilə axşam saat 19:00-da 22 min 500 dollardan aşağı ticarət olunan bitkoin həmin vaxtdan sonra tədricən bahalaşmağa başlayıb.

Gecə yarısından sonra, yəni ABŞ birjalarının bağlanmasının ardınca isə satınalmalar sürətlənib və Bakı vaxtı ilə 02:10-da 23 min 711 dollara çatıb. Bununla da dünyanın ən dəyəri kriptovalyutası bir saat ərzində təxminən 3,1 faiz dəyər qazanıb.

Səhər saatlarında yenidən ucuzlaşmağa başlayan bitkoin 23 min 31 dollara qədər geriləyib. Bununla belə, bitkoində sutkalıq dəyər qazancı 1,4 faiz olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et