Bitcoin yenə bahalaşır? | Banco.az

Bitcoin yenə bahalaşır?

Kriptovalyuta investorları bu həftəni gündəmi silkələyən xəbərlərlə başlatdı. Həftələrdir 6000-7000$ arasında dəyişən Bitcoin, nəhayət ki, 7000$ barierini aşmağı bacardı və hətta 8000$ üzərinə keçdi. Baxmayaraq ki, digər kriptovalyutalar kiçik dəyişikliklərlə həftəyə başladı, ümumi tendensiya iki aylıq boşluğun dolmasına işarə edir və Bitcoin qiymətlərinin qalxması digər kriptovalyutalara da təsirsiz ötüşməyəcək.

(Bu saniyəyə olan Kriptovalyutanı https://coinmarketcap.com/  -dan öyrənə bilərsiniz.)

Həftənin digər kriptovalyuta xəbəri “Coinbase”-in, ən məşhur rəqəmsal valyutadəyişmə şirkətlərindən birinin genişlənmə xəbəridir. Keystone Capital Corp., Venovate Marketplace və Digital Wealth LLC-nin “Coinbase”-ə birləşməsi şirkətin böyüməsini göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bu həftə mediada səs küy doğuran kriptovalyuta xəbərlərindən biri də İngiltərə Məscidlərindən biri ilə bağlıdır. Böyük Britaniyanın Shacklewell Lane Məscidi may ayından etibarən kriptovalyutalar ilə yardımlar almağa başlamışdı. Son iki ay ərzində açıqlamalara görə  kriptovalyutalarla olan yardımlar nəğd pulla olan yardımlardan daha çoxdur. Bu göstəricinin digər xeyriyyə təşkilatlarını da ilhamlandıracağı gözlənilir.

Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et