Bitcoin və “Lightning Network”-dən yenilik | Banco.az

Bitcoin və “Lightning Network”-dən yenilik

“Lightning Labs” martın 15-də şirkətin əhəmiyyətli bir mərhələ olaraq hazırladığı “Bitcoin mainnet Lightning Network” versiyasını təqdim edib.

“Lightning Labs” məhsulu olan “Lightning Daemon” (lnd) tərtibatçıların LN-ə asanlıqla bağlanmasına kömək edir.

Bazara çıxarılma açıqlaması şirkətin kriptovalyuta vahidi sənayesinin ən böyük adlarının qatıldığı maliyyələşdirmədən sonra baş verib. Bu maliyyələşdirməyə 2,5 milyon dollar dəyərində vəsait ayrılıb.

Lightning Network” versiyasının təqdimatına bir çox məşhur qatılıb

“Square” və “Twitter”-in qurucusu Cek Dorsi, Litecoin-in yaradıcısı Çarli Li, “Square Capital” şirkətindən Jaklin Reses və “PayPal”-ın COO-su Devid Saks da bu maliyyələşdirməyə kömək edənlər arasında idi.

İnternet mühitində hadisəyə şərh verən sosial şəbəkə istifadəçiləri demək olar ki, pulsuz və anında əməliyyatlar təklif etməyə yaxın olan “Lightning” ilə yaxınlaşmanı qeyd ediblər.

2017-ci ilin dekbrndan etibarən 1000-dən çox qovşaq və 2000-dən çox kanal yığdığına baxmayaraq, LN bəzi tənqidlərə məruz qaldı. “Core” tərtibatçısı Peter Todd və Bitcoin.org-un təsisçisi, “Cobra” kimi əsas sənaye simaları texnologiya mövzusunda ehtiyatlıdırlar. “Lightning Labs”-in bloqunda bunlar qeyd olunub:

“Bu versiyanı gələcəkdəki “Lightning” tətbiqlərinin tərtibatçıları (Lapps) ilə birlikdə texniki istifadəçilər və potensial marşrutlayıcı operatorlar üçün yaradıldığını unutmayın. “Lightning”-ın bu erkən mərhələsində şəbəkənin ön yüklənməsi və gələcək proqramlar, xidmətlər və əməliyyatlar üçün bir platforma olaraq xidmət etmək məqsədilə lazım olan proqram infrastrukturunu hazırlamağa kökləndik”.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et