“Bitcoin pul vahidi deyil” - Bank of England | Banco.az

“Bitcoin pul vahidi deyil” - Bank of England

“Bank of England”-in rəhbəri Mark Karni Bitcoin-in “ənənəvi konteksdə” qanuni bir valyuta kimi qəbul edilmədiyini düşünür. Londonun Recents Univeriversitetində təşkil olunan tədbirdə iştirak edən Mark Karni Bitcoin-in ənənəvi pulun iki əsas meyarına cavab verə bilmədiyini söyləyib. Onun fikrincə, Bitcoin nə mübadilə, nə də dəyər saxlama vasitəsidir.

Karni tədbirdə bu fikirləri səsləndirib:

“Bitcoin indiyə qədər pulun ənənəvi kriteriyalarına cavab verə bilmir. İlk istifadə məqsədinə qayıtdı və dəyər saxlama vasitəsi deyil. Kimsə onu mübadilə vasitəsi olaraq istifadə etmir”.

Ənənəvi maliyyə bazarının aktyorları təmsilçiləri son vaxtlar Bitcoin-i tənqid etməklə yanaşı, blockchain-ə üstünlük verdiklərini bildirirlər. Mark Karni də belə düşünür. Təcrübəli menecer kriptovalyutaların əsasını təşkil edən blockchain texnologiyasının mərkəzsiz quruluşu səbəbi ilə hələ də faydalı ola biləcəyinə inanır.

“Kriptovalyutaların infrastrukturunu təşkil edən texnologiya maliyyə əməliyyatlarının mərkəzsiz şəkildə yoxlanılması üçün istifadə edilə bilər”.

Digər tərəfdən, hər kəsin dilində gəzən “kriptovalyutaların mübadilə vasitəsi kimi istifadəsi məntiqsizdir” arqumentində nəzərə alınan kriptovalyuta əslində Bitcoin-dir. Bunun əsas səbəbi Bitcoin-in aşırı dəyişkənliyidir. Ötən aylarda “Stripe”, “Steam” və “Microsoft” kimi Bitcoin ilə ödəniş qəbul edən şirkətlər bunu ləğv etdilər. “Stripe” bu qərarının səbəbini yüksək əməliyyat ödənişləri və sürətsiz təsdiq müddətləri ilə əlaqələndirib. “Steam” isə 20 dollara qədər arta bilən əməliyyat ödənişləri və yüksək dəyişkənliyi səbəb gətirib.

ABŞ Gəlir Dairəsi IRS virtual pulları “mübadilə vasitəsi, hesab vahidi və ya dəyər saxlama vasitəsi funksiyası daşıyan rəqəmsal valyuta simvolu” olaraq təyin edir. IRS-in 2014-cü ilin martından bəri kriptovalyutalardan əmlak vergisi tutduğu məlumdur.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az