Bitcoin-nin qiymətini yüksəldən səbəblər - AÇIQLAMA | Banco.az

Bitcoin-nin qiymətini yüksəldən səbəblər - AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Coinbase” məlumatlarına görə, Bitcoin-in qiymətləri bu gün yüksələrək 2021-ci ilin noyabr ayından bəri maksimuma çatıb.

Banco.az xəbər verir ki, Bakı vaxtı ilə 06.00 radələrində kriptovalyuta $57 000-i keçsə də, sonradan bir qədər düşməklə $56 000 olub.

Hazırda isə bitcoin 1.1 trilyon dollar bazar kapitalizasiyası ilə 56.200 dollar ətrafında ticarət edilir.

Bəs kriptovalyutanın birdən birə bu qədər bahalaşmasına hansı amillər təsir edib?

Bu barədə Banco.az-a açıqlamasında kriptovalyuta üzrə ekspert Elnur Quliyev bildirib ki,  birja “spot ETF Fond”-larının və korporativ şirkətlərin bitcoin-ə olan kəskin tələbətın yaranması qiymətlərin sürətlə yüksəlməsinə səbəb olan faktorlardandır:

“Eyni zamanda kriptovalyuta bazarına əlavə kapitalın daxil olması, aprel ayında gözlənilən “bitcoin halving” hadisəsi də bazara təsirsiz ötüşməyib. Statistik məlumatlara əsasən, BTC-nin qiyməti həmişə “halving”dən bir neçə ay əvvəl artmağa başlayıb və sonradan növbəti tarixi maksimum qiymətə qədər yüksəlib. ABŞ Federal Ehtiyatlar Sisteminın (FRS) uçot faiz dərəcəsinin vaxtından əvvəl yendirəcəyi ilə bağlı gözləntilərin artması da prosesi tətiklədi.

Ən sərfəli kredit üçün müraciət et

Texniki analizə əsasən demək olar ki, bitcoin yeni “buğa dövrü”-nə daxil olur və növbəti hədəfin tarixi maksimum qiymət səviyyəsi olan 69.000 dollar qədər artımın hədəflədiyini müşahidə edirik”.

Ekspert hesab edir ki, bitcoin yaxın zamanda 57.880 və 58.200 dollarlıq hədəfləri keçməlidir ki, növbəti tarixi maksumum qiymətini yeniləyə bilsin.

“Etiraf edim ki, bu tip yüksəlişdən sonra BTC-nin qiymətində korreksiya gözləyirəm. BTC-nin qiymətində 50.500-50.800 dollar həddində güclü dəstək var. Bundan əlavə, qorxu və xəsislik indeksi (Fear & Greed Index) hazırda 79 bal səviyyəsindədir və bu faktor investorlar arasında yüksək səviyyədə alış təzyiqi olduğunu göstərir. Adətən bu göstərici 90 baldan çox olduqda, iri investorlar satış edərək qazanclarını fiksə edirlər. Çünki “həddindən artıq acgözlük” adətən qiymətlərin düşməsi ilə müşayiət olunur”.

Qeyd edək ki, fevralın 26-da  “Micro Strategy”nin əlavə 3 000 Bitcoin (155 milyon dollar) aldığı açıqlanıb.

Açıqlamalarda bildirilib ki, mart ayında hər hansı düzəliş baş verməsə, bitcoin 60 min dollara qədər yüksələ bilər. Xatırladaq ki, bitcoin-in dəyəri 2024-cü ilin yanvarının sonu 40 min dollardan ucuz idi.

Ən sərfəli krediti almaq üçün müraciət et