Banco.az məlumat verir ki, 3 dekabr tarixində, bitcoin-in mayninq edilməsi 15 % aşağı düşərək, kriptovalyuta flaqmanın xronologiyasında ikinci azalmanı nümayiş etdirib. Ekspertlərin qeydlərinə görə, 2011-ci il ərzində, bitcoin-in mayninq edilməsi 18% və 13%, 2016-cı ildə isə göstərici 8,6% azalıb.
Həmçinin oxu: Bitcoin və Bitcoin Cash ucuzlaşır - SİYAHI
Eyni zamanda şəbəkə hashrate (hashrate-cihazın mayninq edilmə gücünü təyin edən kəmiyyətdir) artımını dayandırıb, “kriptoqış”-ın başladığı zaman, isə neqativ istiqamətdə aktiv hərəkətə keçib. Hal-hazırda bu göstərici 37,79 EH/s təşkil edib. Bununla yanaşı, bitcoin-in qiyməti yenidən 4000$ aşağı səviyyəyə enib. CoinMarketCap-a istinadən məlumat verilir ki, hal-hazırda bitcoin vahidi 3997,48$ dəyərində qərarlaşmağa çalışır.
Həmçinin oxu: Bitcoin nədir?
Xatırladaq ki, əldə edilən SVPool 556766 blokundan sonra 15 noyabr tarixində Bitcoin Cash şəbəkəsi, iki (BCHABC və BCHSV) tokenlərinə ayrılıb. Bu layihələrin qarşıdurması, “ABC və BSV hashrate-lərinin mübarizəsi”, kriptobazara təsir edərək, onun dəyərinin azalmasına təsir etməyi bacarıb.