Bitcoin-in qiyməti artacaq? Mədənçilik məlumatları… | Banco.az

Bitcoin-in qiyməti artacaq? Mədənçilik məlumatları…

Bitcoin-in qiymətindəki enişə baxmayaraq, şəbəkədəki hash nisbəti getdikcə artır. Bazar analitiki Naeem Aslamın fikrincə, bu durum qiymətin artacağına işarədir.

Mədənçilərin enişdə olan Bitcoin-i qazmaq üçün çoxlu pul xərcləmələri inandırıcı görünmür. ABŞ-da yerləşən investisiya bankı “Morgan Stanley” tərəfindən dərc olunan hesabat mədənçilik məlumatlarına baxaraq Bitcoin-in qiymətinin 8600 dollar civarında olmasının vacibliyinə işarə edir.

Aşağıdakı qrafiklər Bitcoin-in qiymətinin və şəbəkədəki hash nisbətinin ötən il ərzində necə dəyişdiyini göstərir. Qrafiklərdə maraqlı olan məqam mədənçilik hash nisbətinin bazar düzəlişlərində artmağa davam etməsidir. Bitcoin ümumi bazar dəyərinin təxminən yarısını itirsə də, bu artım davam edib.

Bu qrafiklər Aslama görə, mədənçilərin lider kriptovalyutaya etimadının nəticəsidir. Buna görə, mədənçilərin bazar indekslərini örməməzlikdən gələrək Bitcoin mədənçiliyi etmək üçün daha çox qaynağı dövrəyə buraxdıqlarını söyləmək olar.

Aslam hesab edir ki, qrafiklərdəki məlumatların işarə etdiyi trend mədənçilərin Bitcoin-in qiymətinin gələcəyə dair müsbət fikirdə olduqlarını göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bildiyiniz kimi Bitcoin mədənçiliyi xeyriyyə məqsədli tendensiya deyil. Mədənçilər hazırladıqları hər bloka görə Bitcoin ilə ödəniş alırlar. Aslamın fikrincə, Bitcoin qiymətlərində yaşanan eniş mədənçilər üçün xüsusi fürsətdir.

Bitcoin-in qiyməti şəbəkənin böyüməsinə səbəb olacaq

Əksər müəssisə, analitik, mütəxəssis və s. bazarı dəyərləndirərkən ümumi bazar indekslərini nəzərə alırlar. Ancaq Aslam onların təhlillərinin Bitcoin-in sahib olduğu hash nisbəti kimi xüsusiyyətləri ehtiva etmədiyini düşünür. Kriptovalyutalarla bağlı bir çox prosesin dəqiq olmadığını və ümumi iqtisadi prinsiplərin həmişə bu bazarda tətbiq oluna bilməyəcəyini söyləmək mümkündür.

Aslam Bitcoin-in qiymətinin nə vaxtsa şəbəkədəki böyüməni əks etdirəcək səviyyəyə çatacağına inanır. Mütəxəssisin fikirləri doğrudursa, Bitcoin-in qiyməti öz rekordunu yeniləyə bilər.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az