Bitcoin-in islam valyutası olduğu deyildi, qiymət sürətlə qalxdı | Banco.az

Bitcoin-in islam valyutası olduğu deyildi, qiymət sürətlə qalxdı

Bir ilahiyyatçı tərəfindən Bitcoin-in şər qaydalarına görə, heç bir təhlükə daşımadığı fikri Bitcoin-də müşahidə olunan 1000 dollarlıq artımın səbəbi ola bilər.

Müsəlmanlar dünya əhalisinin 23% -ni təşkil edir və əksəriyyəti Hindistan, İndoneziya kimi Asiya-Sakit okean ölkələri olmaqla, 1.6 milyarddan çox müsəlman var. İslami qaydalara görə, faiz alıb-verilməsi düzgün hesab olunmur. Beləliklə, Bitcoin alqı-satqısının islama görə doğru olub-olmadığı haqda bir çox mübahisə mövcuddur.

Dünyanın ən sürətli böyüyən dini olan islam keçən ilin maliyyə qurumları üçün əhəmiyyətli bir məsələ halına gəldi və IMF 2017-ci ildə islam banklarının problemləri ilə əlaqədar ilk müzakirəsini etdi.

İndoneziyanın paytaxtı Cakartada müftilik edən Məhəmməd Əbu Bəkər “Bitcoin halandır, ya haram?” başlıqlı bir məqalə yazıb. Məqalədə xüsusilə Bitcoin-in islama görə halal olduğu bildirilir. Məqalədən bir hisssə belədir:

“Almaniyada Bitcoin qanunidir və buna görə də Bitcoin sözügedən ölkədə islami valyuta kimi dəyərləndirilir. ABŞ və digər ölkələrdə Bitcoin qanuni deyil, ancaq ödəniş vasitəsi kimi istifadə edilir”.

İslamda sərvətin qorunması ilə bağlı güclü müddəalar var. Bu müddəalar davamlı dəyişkən bir strukturu olan kriptovalyutalar və ICO-lara qarşı mənfi rəyin səbəbi ola bilər. Əslində, Blockchain və Bitcoin islami qaydalara uyğundur. Bitcoin və Blockchain texnologiyasının sahibi yoxdur.

Dünya əhalisinin dörddə birindən çoxunu təşkil edən müsəlmanları maraqlandıran bu açıqlamalar qarşıdakı günlərdə kriptovalyuta bazarında dəyişikliyə səbəb ola bilər.

Bunlar da maraqlıdır:

Ən sərfəli kredit üçün müraciət et

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et