Bitcoin-i ABŞ kəşfiyyatı yaradıb? | Banco.az

Bitcoin-i ABŞ kəşfiyyatı yaradıb?

“Kaspersky”-nin qurucu ortağı Natalya Kasperski Bitcoin-in Amerika kəşfiyyat orqanlarının bir layihəsi olduğunu iddia edib.

Həmçinin,”InfoWatch” şirkətinin də CEO-su olan Natalya Kasperski Sankt-Peterburqdakı ITMO Universitetində təqdimat zamanı bu fikirləri səsləndirib:

Bitcoin ABŞ, İngiltərə və Kanada kəşfiyyat hesablarını sürətli maliyyə ilə təmin etmək üçün Amerika kəşfiyyat orqanlarının yaratdığı bir layihədir. Bu layihə də “GPS” və “TOR” kimi xüsusi bir layihədir. Əslində, Bitcoin-i “dollar 2.0″ adlandıra bilərik. Bitcoin-in qiyməti birja sahibləri tərəfindən müəyyən olunur”.

Natalya Kasperski Bitcoin-in yaradıcısı kimi tanıdığımız Satoşi Nakamotonun təkbaşına çalışan bir proqramçı olmadığını, bir qrup amerikalı kriptovalyutaçının istifadə etdiyi ləqəb olduğunu iddia edib.

Ən sərfəli kredit üçün müraciət et

Bu baxımından smartfonları da qiymətləndirən Kasperski onların şəxsi cihazlar düşünülməməsinin vacibliyini vurğulayıb. Səbəb isə smartfonların uzaqdan idarə edilə bilən, iş və əyləncə üçün istifadə olunan, istifadəçisi izlənə bilən cihaz olmasıdır.

Bu iddianı kompleks şəkildə nəzərdən keçirmək lazımdır. Bitcoin haqqındakı bu yanaşma “ABŞ telefonlarımızı, kompüterlərimizi izləyir. GPS ilə bizi izləyirlər” kimi iddiaların davamı kimi görünür. Onu da qeyd edək ki, buna inanan minlərlə adam var. 7-8 il əvvəl çoxlu sayda Bitcoin alan hər hansı şəxs də bu baxımdan “ABŞ agenti” hesab oluna bilər.

Bu iddiaları qəbul etdiyimizi düşünsək, ABŞ hökumətinin Bitcoin-i olduqca pis idarə etdiyini söyləmək olar. 2014-2015-ci illərdə bir Bitcoin 334 dollar idi, FTB “Silk Road” vasitəsilə çolu sayda Bitcoin-i əlindən çıxarmışdı.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et