2022-ci ildə bitcoin-in qiymətindəki ucuzlaşma makroiqtisadi mühit və yüksək inflyasiya ilə sıx bağlıdır ki, bu da səhmlər kimi ənənəvi aktiv siniflərinə təsir edib. Buna baxmayaraq, bitcoin uzunmüddətli perspektiv nöqteyi-nəzərindən yüksək gəlirlilik nümayiş etdirərək digər ənənəvi aktivləri üstələyib. Finbold ROI alətindən əldə edilən məlumatlar göstərir ki, bitcoin-ə investisiyanın beş il ərzində rentabelliyi dünyanın 5 aparıcı banklarını səhmlərini orta hesabla 549,35% üstələyib. Xüsusilə, ilk kriptovalyuta Wells Fargo ilə müqayisədə ən yüksək gəlirliliyə malikdir 839,17% və Citi Bank 728,34%. Goldman Sach-la müqayisədə bitcoi-nin gəlirliliyi 407,46%, JPMorgan ilə 402,06%, Bank of America ilə 369,75% çoxdur. Faiz dəyərləri BTC-yə beş illik investisiyanın ənənəvi bankların səhmlərinə qoyulan investisiyanın gəlirindən nə qədər üstün olduğunu göstərir.
Qeyd etmək lazımdır ki, bitcoin və yuxarıda qeyd edilən bank səhmləri müxtəlif aktiv siniflərinə aiddir. Səhmlərin aktivləri olan əsas şirkəti var və onların uğuru əsasən bankın səmərəliliyindən asılıdır. Səhmlərdən fərqli olaraq, bitcoin faktiki olaraq heç bir sabit aktivlə dəstəklənmir və qiymətə əsasən bazarda olan tələb-təklif amili təsir edir. Bu cür gəlirlilik göstəriciləri əslində sürpriz hesab edilə bilər, çünki cəmi 10 illik tarixcəyə malik bitcoin iri maliyyə təşkilatları müqayisədə kifayət qədər ciddi rəqibə çevrilib. Hüquqi tənzimləmə aspektinin necə inkişaf etməsindən asılı olaraq, birçox banklar öz müştərilərinə bitcoinə birbaşa investisiya qoymağa icazə verəcəkdir. Bu halda hər iki tərəf faydalanacaq, çünki bankların səhmlərinin dəyəri artacaq, bitcoin isə institusional töhfədən faydalanaraq daha da çox tətbiq imkanlarına sahib olacaq.
kriptoinvest.az
Bizi sosial şəbəkələrdən izləyin!!