Bitcoin Diamond (BCD) nədir? Haradan almaq olar? | Banco.az

Bitcoin Diamond (BCD) nədir? Haradan almaq olar?

Bitcoin Diamond (BCD) Bitcoin Blockchain-in fork-lanması ilə yaranan altcoindir. Bitcoin-ə aid bəzi problemləri həll etmək üçün “daha yaxşı Bitcoin” sloqanı ilə yola çıxıb.

Bitcoin Diamond şəbəkəsinin pre-fork əməliyyat tarixi Bitcoin ilə eynidir – 495866. BCD Bitcoin Gold-dan 2 həftə sonra əməliyyat gördü. BCD ilk dəfə bazara çıxarıldıqda 28 birjada siyahıya alınmışdı.

Bitcoin Diamond orijinal Bitcoin-dən fərqli olaraq BCD token sayını 210 milyon ədəd müəyyənləşdirib. 170 milyon BCD uzun müddətdə BTC sahiblərinə 1 BTC : 10 BCD nisbətində paylanacaq. Qalan BCD tokenləri isə birlik üçün mükafatlar və mədənçilik mükafatları şəklində paylanacaq.

BCD tərtibatçılarına görə, Bitcoin yüksək əməliyyat xərclərinə malikdir. Digər tərəfdən, BTC getdikcə artan tələbat qarşısında çətinlik çəkir. Bununla yanaşı, əməliyyat prosesi zəiflədi və yeni istifadəçilər çətinlik çəkir. BCD bu problemləri yoluna qoymaq üçün yeniliklər tətbiq edir.

BCD tərtibatçıları BCD-ni BTC-nin rəqibi hesab etmirlər. BCD-nin “Lightning Network” istifadə edərək gündəlik alış-verişdə daha çox istifadə edilməsi planlaşdırılır. Həmçinin, BCD “Segwit” ilə uyğun fəaliyyət göstərir. “Segwit” sayəsində blokların daşıyacağı məlumatların yalnız əməliyyat məlumatları olmasını təmin edəcək.

Haradan almaq olar?

Bitcoin Diamond hazırda 508 milyon dollar bazar dəyəri ilə kriptovalyutalar arasında 37-ci pillədədir. Noyabrda bazara çıxarıldıqda çoxlu spekulyasiyaya məruz qaldı. 60 – 20 dollar səviyyəsində qiymət dəyişikliyi yaşadı. “Binance” və “KuCoin” birjalarından almaq olar.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et