Bitcoin ATM-lərinin sayı 6 mini keçib | Banco.az

Bitcoin ATM-lərinin sayı 6 mini keçib

Dünya miqyasında fəaliyyət göstərən Bitcoin avtomatların sayı sayı 6 mini keçib.

Bu haqda  CoinATMRadar-ın məlumatında deyilir.

Məlumata görə, Bitcoin ATM-lərinin sayı 6004 ədəddir. Sözügedən ATM-lərin 65% Amerika Birləşmiş Ştatlarında quraşdırılıb. ATM-lərin 3924-si ABŞ-da, 653-ü Kanadada, 272-si Böyük Britaniyada,189-u Avstriyada, 86-sı İspaniyada, 62-si Rusiyada,19-u isə Ukraynadadır.

Ən sərfəli kredit üçün müraciət et

Bitcoin avtomatların 20%-i Avropa, 2%-i isə Asiya regionlarında yerləşir.

Qeyd edək ki, bu ATM-lərin sayı sürətlə artır. Təkcə bu ay ərzində 108 ədəd yeni ATM quraşdırılıb.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et