Bitcoin alqı-satqısı ilə məşğul olanların nəzərinə! | Banco.az

Bitcoin alqı-satqısı ilə məşğul olanların nəzərinə!

Bitcoin həcmləndirmə həlli “Lightning Network” (LN) istifadəçi interfeysi üçün yetərincə inkişaf etməyib. Tərtibatçılar istifadəni asanlaşdırmaq üçün çalışır. Yaxın müddətdə yeni dəyişikliklər gözlənilir.

Ödəniş sistemlərinin inkişaf etdirilməsinə yönələn sistem NFC (yaxınlıqdakı sahələrarası əlaqə) istifadəçiyə smartfonu ilə ödəniş etməyə imkan yaradır. Asiyada və Avropa NFC əsaslı sistemə sahib, içinə çip yerləşdirilmiş kartlar var.

Tərtibatçı İqor Kota “Presto” adlandırdığı sistem sayəsində NFC-ni LN ilə birlikdə istifadə etmək istəyir:

“Ödənişləri vaxt itirmədən edə bilməliyik. Avropada istifadə olunan kontakt kartları kimi; ödəniş vasitəsinə yaxınlaşırıq və hər şey hazırdır! Hər-hansı kompüteri USB flash yaddaş ilə “lightning” ödəniş almaq vasitəsinə çevirən sistemin ilk sınaqları uğurlu oldu”.

QR kodlarını əvəz edə bilərmi?

Kotanın təklifi uğurlu olarsa, standartların dəyişdirilməsi və bütün “lightning” proqramlarına uyğunlaşması lazımdır. Bir çox Bitcoin əlavəsi QR kodlarını istifadə edir. Lakin Presto QR kodlarını və NFC-ni eyni anda dəstəkləyə bilər. Kota QR kodları haqda bunları deyib:

Ən sərfəli kredit üçün müraciət et

“QR kodlarının istifadə edilməsi çətin və həssas ola bilir. Buna görə satıcılar QR kodlarınınbəzi məlumatları yerləşdirə bilmirlər. NFC-nin belə problemi yoxdur. Satıcı qurğu hesabı HTML olaraq göndərir; alış-verişin ümumi məbləği və gələcək üçün xüsusi endirim kuponu əlimizdə olur. Elə bir cüzdan təsəvvür edin, ötən ay toyuq dönərinə nə qədər pul xərclədiyinizi sizə göstərsin”.

Kota NFC əlavəsini LN tərtibatçılarının müəyyən standartlara uyğunlaşdımalarını istəyir. Bu standartlara BOLTS deyilir. Kota NFC-nin BOLT 11 versiyası ilə əlavə xərcləri qaydasına salacağını düşünür.

Bəzi tərtibatçılar ödəmə sistemlərinin Kotanın dizaynına uyğun olmasını qəbul etsə də, digərləri bu haqda konkret fikir bildirməyin erkən olduğunu düşünür. Kota layihəsini inkişaf etdirməyə çalışacağını və yeni interfeysin tezliklə tamamlanacağını bildirib.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et