“Bitcoin almayın!” - Mütəxəssisdən çağırış | Banco.az

“Bitcoin almayın!” - Mütəxəssisdən çağırış

Bitcoin sahəsindəki ilk “Wall Street” analitiki olan Nik Kolas açıqlamasında investorların bazardakı son toparlanmaya baxmayaraq, kriptovalyuta bazarına girməzdən öncə yaxşı düşünmələrinin vacib olduğunu bildirir.

Kolas 14 ildir “Convergex”-in “Morning Market Brifing”-ini yazır və “Wall Street” mütəxəssisləri arasında xüsusi nüfuza malikdir. Bazarın ilin əvvəlində yaşadığı enişdən sonra investorların artıq hərəkətə keçməsi üçün ortada ciddi fürsətin olduğu fikrini rədd edir:

“Bir çox insan satın alma üçün doğru zamanın olub-olmadığını xəbər alır. Qısa cavab: iki əsas səbəbə görə “yox”dur. Birincisi, Bitcoin-i ilk dəfə almaq istəyən şəxslərin böyük iştirakını görmürük və hər hansı yeni texnologiya kimi kriptovalyutanı da daha dəyərli hala gətirmək üçün onu yenidən mənimsəyən insanlara ehtiyac duyulur. Üstəlik, “Google” axtarışları baxımından maraq getdikcə azalır”.

Kolas ötən il qeydə alınan 5-7%-dən fərqli olaraq ötən ay kriptovalyuta satın almaq istəyənlərin yalnız 2.2% artmasını diqqətə çatdırıb.

Ötən il yüksələn bazar dəyərinin Bitcoin-in həqiqətən balon olub-olmadığını sübut edəcəyi sualı verildikdə, Kolas belə izah edib:

“Keçmişə baxıldığında, dekabrda “Futures”-ə əsaslanan bir balon vardı. 2013-cü ildən bəri Bitcoin-i araşdırıram, texnologiyanın və hekayənin quruluşuna təməl olaraq inanıram, amma qiymətlərdəki dəyişiklik çox yüksəkdir. Ötən ay da bazar dəyəri ciddi mənada dəyişdi”.

Kolasın fikirləri bazarda, investorlar arasında narahatlığa səbəb ola bilər. Onun arqumentləri heç də tutarsız görünmür.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et