“Pantera Capital”-ın təsisçisi Den Morehed açıqlamasında Bitcoin və digər kriptovalyutaların alınması üçün cari vaxtın ideal olduğunu bildirib.
Hazırda Bitcoin daha ucuzdur
Morehed Bitcoin-in indiki vaxtda çox ucuz olduğunu və alış üçün yaxşı vaxtın yetişdiyini vurğulayıb:
“Fikrimcə, kriptovalyutaların hamısı ucuzdur, əsl almaq vaxtıdır. Böyük qiymət yaksəlişi yaşana bilər”.
Bitcoin ötən ilin dekabrında 20 min dollara qalxdıqdan sonra ciddi enişə məruz qaldı. Hazırda qiymət 7 min dollardan yuxarıdır. Bəzi investorlar Morehed kimi investisiya tövsiyəsi etsələr də, bəziləri əks fikirdədirlər.
Kriptovalyuta bazarının ümumi dəyəri 830 milyard dollardan 250 milyard dollaradək endi, cari göstərici isə 330 milyard dollardır.
Morehed sektora institusional investorların gəlməsindən öncə Bitcoin-in indiki qiymətindən faydalanmağın vacibliyini diqqətə çatdırır:
“Bir çox şirkət dedi-qoduları alıb, reallığı satır. Tənzimləmə prosesləri hazırki qiymətə tam uyğundur. 3-4 ay sonra institusional investorlar gəldikdə, bu qiymətləri görə bilməyəcəyik”.
İnvestordan tövsiyələr
“Pantera Capital”-ın CEO-su uzunmüddətli ticarət etmək istəyənlər üçün tövsiyələr edib. O, investisiya üçün fikir verilməsi olan dəyərin 230 günlük ortalama qiymət olduğunu bildirib. Mütəxəssis sözlərinə belə davam edib:
“Düşünməyinizə ehtiyac yoxdur. Bitcoin son 6 ilin 5-də bunları yaşayıb. 230 günlük ortalamadan ucuz olduğu an alış edib, bir il gözləyin və təxminən 239 nisbətdə mənfəətlə satın. Bu, indiyədək çox az dəyişib”.
“Pantera Capital” ICO-lara qoyulan investisiyanın 35%-nin sahibidir. Aralarında Ripple, Ethereum və ICON-un da olduğu 25 kriptovalyutaya sərmayə qoyub.
Morehed əvvəllər də Bitcoin-ə investisiya qoymaqla bağlı çağırışlar edib.
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.