"Bitcoin 5 ilə 20 dəfə bahalaşacaq" | Banco.az

"Bitcoin 5 ilə 20 dəfə bahalaşacaq"

“Gold Bullion International”-ın həmtəsisçisi Dan Tapiero yaxın gələcəkdə bitcoin 15 trilyon dollarlıq institusional kapital toplaya biləcəyinə və kriptovalyutanın qiymətini 20 dəfə artacağına inandığını bildirib. Gold Bullion International (GBI) qızıl və qiymətli metal külçələrin fərdi investorlara və korporativ şirkətlərə satılması üzrə ixtisaslaşmışdır. Dan Tapiero Anthony Pompliano-nun podkastında iştirak edərək bitcoin-in qiymət artımı baxımından kral olduğunu və bir investorun yalnız ona deyil, həm də qızıla sahib olmalıdır deyib.

Dan Tapiero: “Önümüzdəki beş ildə qızıl 4000 dollara yüksələcək, yəni ikiqat artacaq. Ancaq qızılın qiyməti 4000 dollar olarsa, bitcoin 300.000-500.000 dollar arasında olacaq, yəni 20-30 qat artacaq. İnstitusional investorlar və maliyyə balinaları portfellərinin 5%-15%-ni bitcoin-ə investisiya edəcəyi ehtimalı var. Bu sektor isə hazırda 100 trilyon dollar dəyərindədir. Bu böyük bir hissədir. Yəni, 100 trilyon dolların 15% -i 15 trilyon dollardır. Bitcoin-in qızıldan üstün olacağına heç bir şübhə yoxdur.”

Ən sərfəli kredit üçün müraciət et

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et