Bitcoin ötən həftədəki dəyərini fevralın 5-də qeydə alınan nəticəyə çatdıraraq 8000 dollardan da bir qədər yüksəlib.
“Coinmarketcap”-in məlumatına görə, son 7 gündə Bitcoin-in açılış bağlanış qiymətləri təxminən 8300 dollar civarında müəyyənləşib. Fevralın 6-da 6111 dollara enən Bitcoin fevralın 11-də 9109 dollara qalxıb.
Bazar Hindistan və ABŞ kimi böyük ticarət bazarlarındakı tənzimləyici dəyişikliklərdən təsirlənir. “Cointelegraph”-in hesabatına görə, həftə ərzində Hindistan və ABŞ-da mətbuatın əhatə dairəsi qiymət dəyişkənliyinə təsir göstərib.
Sosial mediada ticarətçilər və şərhçilər Bitcoin zənginlərinin öz aktivlərini satması üçün çağırış etdilər və həftə sonu Bitcoin 9000 dollara yüksəldi.
Bu həftə üçün proqnoz versək, cümə günü Toun Veys 10000 dollarlıq həddin keçilməsinin çətin olduğunu bildirib.
O, fikirlərinə belə davam edib: “128 günlük ortalama nəticəni (təxminən 10300 dollar) keçməmiz lazımdır. 128 böyük dəstək idi, indi isə böyük müqavimət olacaq”.
Altcoinlər də 2018-ci ildə Bitcoin-lə mütənasib olaraq dəyişib. Yalnız Ripple ötən həftə əks təsir göstərib.
“Coinmarketcap” tərəfindən izlənilən 50 coin ötən bazar günü eniş yaşadı, sadəcə yeni altcoin olan U.CASH 1000 % artaraq bazarda böyük mövqe qazandı və 645 milyon dollarlıq kapitala sahib oldu.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.