Birləşmiş Krallıq Azərbaycana 443 mln. dollardan çox birbaşa investisiya qoyub | Banco.az

Birləşmiş Krallıq Azərbaycana 443 mln. dollardan çox birbaşa investisiya qoyub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin birinci rübündə Birləşmiş Krallığın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 443 milyon 218 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4.6% və ya 21 milyon 505 min dollar azalıb. 

Hesabat dövründə Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkə olub. 

Qeyd edək ki, ötən ilin yanvar-mart aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 464 milyon 723 min dollar təşkil edirdi. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram