“Birləşmiş İrlandiya Bankı" yenidən gəlirlə işləməyə başlayıb | Banco.az

“Birləşmiş İrlandiya Bankı" yenidən gəlirlə işləməyə başlayıb

İrlandiyanın ən böyük banklarından biri hesab olunan "Allied Irish Bank" ("Birləşmiş İrlandiya Bankı") ümidsiz kreditlərin həcminin kəskin azalması nəticəsində yenidən gəlirlə işləməyə başlayıb. Analitiklərin fikrincə, bu, bankın fəaliyyət dövründə çox mühüm mərhələdir və bu mərhələ dövlətə bankda öz payını azaltmaq imkanı verə bilər. Maliyyə böhranı şəraitində onun xilas edilməsi üçün  irlandiyalı vergi ödəyiciləri 20 milyard avro məbləğində ciddi vəsait sərf etməli olublar. Bu ilin ilk 6 ayında bankın mənfəəti vergi ödənilənə qədər 437 milyon avro təşkil edib. Bir il əvvəl təqdim olunan hesabatda isə bankın zərərinin 838 milyon avro məbləğində olduğu qeyd olunurdu.

Ən sərfəli kredit üçün müraciət et

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et