“Atabank” və “Caspian Development Bank”ın birləşməsindən sonra yeni bankın rəhbərliyinin əməkdaşları ixtisar etmək niyyəti yoxdur.
Bunu “Caspian Development Bank”ın Müşahidə Şurasının sədri Fərəh Məmmədova deyib.
Onun sözlərinə görə, hazırda “Caspian Development Bank”da 100, “Atabank”da 415 əməkdaş çalışır.
Qeyd edək ki, aprelin 19-da "Caspian Development Bank” və “Atabank”ın birləşməsi barədə qərar qəbul edilib.
Mənbə: Trend.az