Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-iyun ayları ərzində 103 ədəd avtobus idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtobusların dəyəri illik müqayisədə 22% artıb.
Belə ki, 103 ədəd avtobusa görə ölkədən 6 milyon 400 min ABŞ dolları valyuta çıxıb. 2023-cü ilin birinci yarısında bu göstərici 5,2 milyon ABŞ dolları dəyərində idi.
Qeyd edək ki, bu ilin birinci yarısında ölkəyə gətirilən avtobuslar say etibarı ilə ötən ilin eyni dövrünə nisbətdə 26 ədəd artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!