Birinci rübün ən güclü 5 bankı | Banco.az

Birinci rübün ən güclü 5 bankı

Artıq ikinci rübü yaşamağımıza baxmayaraq, hələ də bankların birinci rübün hesabatlarını təqdim etməməsi təəssüf doğuran hal olaraq qalmaqda davam edir.

Banco.az saytı birinci rübün ən güclü 5 bankını təyin etməyə çalışdı.

Bildirmək istərdik ki, araşdırma sadəcə maliyyə göstəricilərini açıqlamış banklar arasında aparılmışdır. 

 

 

2016-cı ilin birinci rübündə aktivlərinin həcminə görə ən güclü 5 Bank

**Şəkillərə daha rahat baxa bilmək üçün üzərinə klikləyin.

Bank aktivlərinin ümumi həcmində "Kapital Bank" 2 mlrd 336 milyon manatlıq xüsusi çəkiyə malikdir. Bununla yanaşı, aktivlərin ümumi həcmində ən yüksək göstəriciyə malik növbəti dörd banka "Paşa Bank" (1.96 mlrd. manat), "Azər-Türk Bank" (1.23 mlrd. manat), "ASB Bank" (668 mln. manat) və "Atabank" (603 mln. manat) daxildir. 

2016-cı ilin birinci rübündə kredit portfelinin həcminə görə ən güclü 5 Bank

Ən sərfəli kredit üçün müraciət et

Aktivlərin həcminə görə liderlik edən bankların çox hissəsi , kredit portfelinə görə də ilk beşliyə daxil ola biliblər. Belə ki, 2016-cı ilin birinci rübü ərzində "Kapital Bank" müştərilərə 1.1 mlrd. , "Paşa Bank" 735 mln. , "Atabank" 434 mln. , " Azər-Türk Bank" 417 mln. , "Bank of Baku" isə 386 mln. manat kredit vermişdir.

Qeyd edək ki, aktivlərinin həcminə görə "Bank of Baku" sıralamanın  6-cı  yerində 591 mln. manatla qərarlaşmışdı. 

2016-cı ilin birinci rübündə depozitlərinin həcminə görə ən güclü 5 Bank

"Paşa Bank" 1,16 mlrd. , "Kapital Bank" 1,1 mlrd. , "ASB Bank" 407 mln. , "Azər-Türk Bank" 360 mln. , "Atabank" isə 357 mln. manat cəlb edə bilmişdir. 

"Bank of Baku" depozit portfelinin həcminə görə sıralamanın 6-cı yerində 329 mln. manatla qərarlaşıb. 

Ən sərfəli krediti almaq üçün müraciət et