Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-mart ayları ərzində 35 ədəd avtobus idxal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtobusların dəyəri illik müqayisədə 13,9% azalıb.
Belə ki, 35 ədəd avtobusa görə, ölkədən 2 milyon 253 min ABŞ dolları valyuta çıxıb. 2023-cü ilin ilk rübündə bu göstərici 2,6 milyon ABŞ dolları dəyərində idi.
Qeyd edək ki, bu ilin birinci rübündə ölkəyə gətirilən avtobuslar say etibarı ilə ötən ilin eyni dövrünə nisbətdə 11 ədəd azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!