Müəllif: Gülnar Əhmədli, Banco.az
Kapital Bank-ın xalis mənfəəti cari ilin 1 aprel tarixinə 71 milyon 393 min manat təşkil edib.
Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2024-cü ilin martın sonuna Kapital Bank-ın aktivləri illik müqayisədə 1 milyard 38 milyon 577 min manat və ya 13,4% artaraq 8 milyard 766 milyon 814 min manata çatıb.
İlk rübdə Kapital Bank-ın kredit portfeli 4 milyard 397 milyon 93 min manat, depozit portfeli isə 6 milyard 673 milyon 562 min manat olub. Bunlar da 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,2 milyard manat (36,3%) və 760 milyon 926 min manat (12,9%) çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!