Birbank vasitəsilə kartdan karta necə pul göndərmək olar? - VİDEO | Banco.az

Birbank vasitəsilə kartdan karta necə pul göndərmək olar? - VİDEO

Kapital Bankın müştəriləri bankın mobil tətbiqi vasitəsilə pulu kartdan digər karta necə köçürə bilər?

Bankın mobil tətbiqinə daxil olduqdan sonra aşağıdakı ardıcıllıqla əməliyyatı həyata keçirə bilərsiniz:

1. Köçürmələr bölməsindən daxil olun;

2. Yeni köçürmələr hissəsindən köçürmə edəcəyiniz üsulu (məsələn, istənilən bank kartına) seçin;

3. Açılan pəncərədə pulu göndərən kartı seçin;

4. Daha sonra alan kartın 16 rəqəmli kodunu, göndərəcəyiniz məbəğin miqdarı və valyutasını yazın daxil edin;

5. Eyni zamanda pulu göndərdiyiniz şəxsin ad və soyadını qeyd edin;

6. "Davam etmək" düyməsini basaraq məlumatları yenidən yoxlayın;

7. "Köçürməni etmək" düyməsini basmaqla əməliyyatı tamamlayın. 

Digər bankların mobil tətbiqi vasitəsilə kartdan karta pul köçürmə (card to card) xidməti ilə buradan tanış ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et