Bu gün səhər saatlarında Azərbaycanın bir sıra kommersiya bankları dolların satış kursunu ucuzlaşdırıb.
Bunlar “Bank of Baku”, “NBC Bank”, “Nikoil Bank”, “Yapı Kredi Bank Azərbaycan”, “Bank Avrasiya” və “Atabank”dır:
Ucuzlaşma “Bank of Baku”da 1,7800-dan 1,7750 manatadək; “NBC Bank”da 1,7800-dan 1,7790 manatadək; “Nikoil Bank”da 1,7850-dən 1,7770 manatadək; “Yapı Kredi Bank Azərbaycan”da 1,7850-dən 1,7800 manatadək müşahidə edilib.
Ümumi tendensiyaya baxmayaraq, “Accessbank” dolların satış kursunu əksinə bahalaşdırıb - 1,8070-dən 1,8090 manatadək.
Dolların alış kursuna gəldikdə, burada da banklar əks istiqamətdə gedişat göstərir. Belə ki, “Unibank” və “NBC Bank” dolların alış kursunu ucuzlaşdırıb:
“Unibank” 1,7510-dan 1,7500 manatadək, “NBC Bank” 1,7500-dan 1,7450 manatadək.
“Bank of Baku” və “Accessbank” isə alışı bahalaşdırıb: “Bank of Baku” 1,7200-dən 1,7300 manatadək, “Accessbank” 1,7480-dən 1,7490 manatadək.
Mənbə: Fins.az