Bir psixoloqun gündəliyi: Həyatınızı stressiz və xoşbəxt keçirmək üçün 101 məsləhət! | Banco.az

Bir psixoloqun gündəliyi: Həyatınızı stressiz və xoşbəxt keçirmək üçün 101 məsləhət!

Twitterdə Lina adlı birini izləyirəm, peşəsi psixoloqdur. Stresi azaltmaq üçün 101 yol bilir və ərinməyib onu twitterdə paylaşıb. Mən də onları sevə-sevə sizə təqdim edirəm :)

1) Hər zaman yuxudan oyanacağınız saatdan 15 dəqiqə əvvəl qalxın, erkən yuxudan qalxan insanlar daha xoşbəxt olurlar.

2) Yatmazdan əvvəl sabah üçün hazırlıq görün.

3) Dar paltarların içinə girməyə çalışmayın.

4) Kimyəvi dərmanlara güvənməyin, almayın, aldırmayın.

5) İrəliyə məqsədli planlar qurun.

6) Yaddaşınıza güvənməyin, yazın.

7) Sağlamlığınızı qoruyun.

8) Əlavə açar daşıyın.

9) Tez-tez yox deyin.

10) Həyatınız üçün öncəliklərinizi müəyyən edin.

11) Neqativ insanları həyatınızdan çıxarın.

12) Hər zaman vacib sənədlərin kopyasını çıxarın.

13) Problemlərə hədəf kimi baxın və bir-bir onları etməyə çalışın.

14) Ehtiyaclarınızı öncədən müəyyən edin.

15) Düzgün işləməyən bir şeyi təmir edin.

16) Sevmədiyiniz işi edərkən kömək istəyin.

17) Böyük vəzifələri kiçik məbləğlər ayıraraq etməyə çalışın.

18) Gülümsəyin.

19) Problemlərinizə daha fərqli baxın.

20) Yemək vaxtlarınızı müəyyən edin və ona uyğun qidalanın.

21) Vaxtdan səmərəli istifadə edin.

22) Özünüzə ətraf mühit yaradın.

23) Yağış üçün hazırlıqlı olun.

24) Bir körpəni qıdıqlayın.

25) Bütün cavabları bilməyin, bilmirəm deməyi öyrənin. 

26) Bir heyvan sahiblənin.

27) Bir arzu tutun və olması üçün çalışın.

28) Birinə gözəl bir söz deyin.

29) Bir uşağa uçurtmanı necə uçurtmağı öyrədin. 

30) Yağışda islanmaqdan qorxmayaraq addımlayın.

31) Hər gün oyun oynamaq üçün özünüzə bir zaman ayırın.

32) Köpüklü suda çimin.

33) Verdiyiniz qərarlardan məsuliyyətli olun. 

34) Özünüzə inanın.

35) Özünüzə neqativ sözlər deməkdən əl çəkin.

36) Nəyisə əldə etdiyinizi xəyal edin.

37) Yumor hissinizi genişləndirin.

38) Sabahın bu gündən daha yaxşı olacağı barədə düşünməyin, bu gün də yaxşı ola bilər.

39) Bir musiqini fitlə çalmağı öyrənin.

40) Özünüzə məqsədlər qoyun.

41) Kim nə deyir desin, dəlicəsinə rəqs edin.

42) Bir dostunuzdan sizi qucaqlamasını istəyin.

43) Ulduzlara baxın.

44) Yavaş-yavaş nəfəs almağa çalışın.

45) Bir turistə salam deyin.

46) Şeir yazmağa çalışın.

47) Simfoniya dinləyin.

48) Balet izləməyə çalışın.

49) Yatağınızda uzanaraq bir hekayə oxuyun.

50) Çiçəkləri sulamaq və onlarla danışmaq üçün vaxt ayırın.

Ən sərfəli kredit üçün müraciət et

51) Sizə aid olan tam fərqli bir şey sınayın.

52) Pis vərdişlərinizdən birinə son qoyun.

53) Kişi və qadın olmanızın fərqi yoxdur, özünüzə bir gül alın.

54) Başqalarından dəstək istəyin.

55) Nə edəcəksinizsə bu gün edin.

56) Sadəcə gəzərək vaxt keçirdiyiniz bir dostunuz olsun.

57) Evdə və işinizdə kömək üçün işin qulpundan tutun.

58) Təhlükəsizliyinizə önəm verin.

59) Hər şeyi yerində edin, abartmayın.

60) Uğurlu olmaq üçün çalışın, mükəmməl olmaq üçün yox.

61) Xarici görünüşünüzə diqqət edin.

62) Hər gün özünüzü bir az da inkişaf etdirin.

63) İşlərinizi peşəkar kimi edin.

64) Adınızı və soyadınızı əhatə edən bir musiqi yazın.

65) Təzyiq altında olduğunuz zaman belə nəzakətli olun.

66) Çəkinizi qorumağa çalışın.

67) Bir ağac əkin.

68) Quşları dəmləyin. Evinizdəki köhnə çörəkləri oxalayaraq onlara yedizdirin.

69) İdman edin.

70) Öz ehtiyaclarınızı qarşılamağa çalışın.

71) Hər zaman B planınız olsun.

72) Rəsm çəkməyi öyrənin.

73) Yeni bir lətifə öyrənin.

74) Duyğularınızı inkar etməyin.

75) Sərhədlərinizi bilin və digərlərinin sizin sərhədlərinizi bilməsinə çalışın.

76) Yaxşı bir dinləyici olun.

77) Birinə latınca yaxşı günlər deməyə çalışın.

78) Özünüzə kağızdan təyyarə düzəldin və kənarına adınızı yazın.

79) Hər gün əzələlərinizi məşq etdirin.

80) Bir musiqi öyrənin.

81) İşə tez gedin.

82) Paltar yığdığınız rəfi səliqəyə salın.

83) Yeriməyə yeni başlayan bir körpə ilə tort bişirməyə çalışın.

84) Piknikə gedin.

85) İş yerinizə hər zamankı yolunuzdan daha fərqli yolla gedin. 

86) Bir gün icazə alaraq işdən çıxın.

87) Maşınınıza ətir alın.

88) Film seyredərək qarğıdalı partlağı yeyin.

89) Çox uzaqda olan bir dostunuza məktub yazın.

90) Kimisə sevin.

91) Topla oynanan bir oyun oynayın.

92) Stresdə bir davranışdır, unutmayın.

93) Dəftər tutun.

94) Başqa insanları düşünməyi bir müddətlik buraxın.

95) Güzgünün qarşısında hayqıraraq gülün.

96) Hər zaman başqa seçənəklərinizin də olduğunu xatırlayın.

97) İnsanları, yerləri və digər şeyləri yadda saxlayın.

98) Yetərincə yatın.

99) Daha az danışıb daha çox dinləyin.

100) Özünüzə yemək bişirib, şam işığında yeyin.

101) Digər insanlarıı tərifləyin. 

Tərcümə edən: Xəzər Aslanov

Ən sərfəli krediti almaq üçün müraciət et