Bir neçə region üzrə qrup rəhbərləri axtarılır! | Banco.az

Bir neçə region üzrə qrup rəhbərləri axtarılır!

Tələblər:

  • İqtisadi təhsil;
  • Mikro kreditlərlə iş sahəsində 3-4 il təcrübə;
  • Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı;
  • Analitik düşüncə;
  • İdarəetmə bacarığı;
  • Əla ünsiyyət qurma və komandada işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

  • Mikro kredit məhsullarının satışı prosesinin keyfiyyətli şəkildə təşkili və icra olunmasına nəzarət;
  • Mikro kredit məhsulları üzrə mövcud il üçün təsdiqlənmiş və Bankın büdcə planında nəzərdə tutulmuş satış planlarının həyata keçirilməsinə nəzarət;
  • Filialda mikro kredit məhsullarının birbaşa satış prosesinin effektiv təşkilində iştirak və onun düzgün icrasına nəzarət;
  • Filialda mikro kredit sahəsində çalışan qrup əməkdaşlarının kredit portfelinin təhlili və nəzarəti.
  • Mikro kreditlər üzrə mütəxəssislərə və qrup rəhbərlərinə daxili şərtlər daxilində göstərilən əmək haqqından əlavə bonusların verilməsi nəzərdə tutulur.

QEYD: Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub [email protected] ünvanına göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.

Ən sərfəli kredit üçün müraciət et