Bir hissəsi zibildən düzəldilən notbukların satışı başlayır | Banco.az

Bir hissəsi zibildən düzəldilən notbukların satışı başlayır

HP şirkəti Intel 11-ci nəsil prosessoru olan “Pavilion” seriyasından yeni notbukların satışına başladığını bildirib. Onların hazırlanmasında okean zibilinin emalı əsasında istehsal edilmiş polimerdən istifadə olunub.

Yeni notbukun audiosistem korpusu emal edilmiş zibildən düzəldilib. “Pavilion”un öz korpusu isə metaldandır. Notbuk 13, 14, 15 və ya 17 düym ölçüsündə diaqonala malikdir. HD ekranlı “Pavilion 14”ün qiyməti 580 dollar, top versiyaları 1000 dollardan baha olacaq. Notbukların satışına oktyabr ayından başlanılacaq.

Qeyd edək ki, okean sularındakı plastik zibil qlobal problemə çevrilib. Problemin həlli üçün plastik zibil emal edilməli və ikinci xammala çevrilməlidir. Bu baxımdan HP şirkətinin istehsal etdiyi yeni notbuklar müvafiq istiqamətdə nümunədir.

Azərtac

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et