"Binance"ın Amerikadakı törəməsi ABŞ dolları ilə depozit qoyuluşunu dayandırdı | Banco.az

"Binance"ın Amerikadakı törəməsi ABŞ dolları ilə depozit qoyuluşunu dayandırdı

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Binance US" ABŞ dolları ilə depozit qoyuluşunu dayandırıb.

Banco.az xəbər verir ki, aparıcı kriptovalyuta birjası “Binance”ın ABŞ törəməsi Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən qaldırılan məhkəmə iddiasından sonra ABŞ dolları ilə vəsait yatırmağı dayandırmaq qərarına gəlib.

“Binance” bu barədə rəsmi “Twitter” hesabında açıqlama verib.

Şirkət açıqlamasında SEC-in “aqressiv taktika”sının hədəfinə çevrildiklərini qeyd etməklə yanaşı, qaldırılan məhkəmə iddiasının “ədalətsiz” və “əsassız” olduğunu, müştərilərin ABŞ dolları almaq və yatırmaq imkanlarını profilaktik olaraq dayandırdıqlarını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram