"Binance" istifadəçiləri bir gündə 1 milyard dollardan çox pul çıxarıblar | Banco.az

"Binance" istifadəçiləri bir gündə 1 milyard dollardan çox pul çıxarıblar

Müəllif:Mehin Qasımova/Banco.az

Son 24 saat ərzində "Binance" kriptovalyuta birjasının istifadəçiləri 1 milyard dollardan çox pul çıxarıblar.

Banco.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, pulların geri çəkilməsinin səbəbləri Binance-in baş direktorunun  istefası, kriptovalyuta birjasının bank sirri haqqında qanunu pozması və bununla bağlı 4,3 milyard dollar cərimə kəsilməsi olub.

Ən sərfəli kredit üçün müraciət et

Lakin  itkilərə baxmayaraq, "Binance" hələ də 65 milyard dollardan çox aktivə malikdir.

Qeyd edək ki, "Binance" kriptovalyuta birjası dünyanın aparıcı rəqəmsal aktiv ticarət sistemidir. 2017-ci ildə çinli Çanqpenq Zhao tərəfindən təsis edilib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et