Bill Qeytsdən 11 məsləhət | Banco.az

Bill Qeytsdən 11 məsləhət

1. Həyat ədalətli deyil – bu fikrə nə qədər tez öyrəşsəniz, o qədər yaxşı olar.

2. Sizin özünüzü necə dəyərləndirməyiniz heç kimin vecinə deyil. Siz özünüzə əmin olana qədər dünya sizdən bir işi sonacan etməyinizi tələb edəcək. 

3. Məktəbi bitirən kimi ilə 60 min dollar qazana bilməyəcəksiniz. Əlində mobil telefonla maşına minən şirkət vitse-prezidenti olmaq üçün onların hər ikisini qazanmalısınız.

4. Düşünürsünüz ki, müəllimləriniz qəddar və kobuddur? Müdiriniz olanda nə düşünəcəyiniz maraqlıdır. 

5. Hamburger satmaq qürurunuza toxunmasın. Babalarımız hamburger satmağı başqa cür adlandırırdı – şans!

6. Səhv edəndə günahı ata və analarınızın üzərinə atıb mızıldanmayın. Səhvlərinizdən dərs çıxarmağı bacarın. 

7. Siz doğulana qədər valideynləriniz belə zəhlətökən deyildi. Onlar sizin hesablarınızı ödədikcə, paltarınızı yuduqca, özünüz haqda ağızdolusu danışmağınıza qulaq asdıqca belə olublar. Ona görə də dünyanı “valideyninizin nəslindən olanlar”dan qurtarmaq istəyirsinizsə, təmizliyə öz otağınızdan başlayın.

8. Bəzi məktəblərdə pis qiymət yox, düzgün cavab tapana qədər səhv etmək imkanı verilir. Bunun həyatla heç bir əlaqəsi yoxdur. 

9. Həyat semestrlərə bölünməyib. Sizin yay tətilləriniz olmayacaq. Çox az müdir (işverən) özünüzü tapmağınızda maraqlıdır. Bunu öz hesabınıza edin. 

10. Televiziya real həyat deyil! Real həyatda insanlar işləyir, hər şey kafedə kofe içən zaman baş vermir.

11. Dəlilərə, ağıldan kəmlərə yaxşı davranın. Bir gün onlardan birinə işləyəcəyiniz istisna deyil.

Ən sərfəli kredit üçün müraciət et