Bill Qeyts süni intellekt texnologiyası ilə bağlı məsələyə aydınlıq gətirib | Banco.az

Bill Qeyts süni intellekt texnologiyası ilə bağlı məsələyə aydınlıq gətirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bill Qeyts: Süni intellektin inkişafına fasilə vermək problemləri həll etməyəcək.

Banco.az xəbər verir ki, aralarında İlon Maskın da olduğu bir qrup sahibkarın süni intellektin təkmilləşdirilməsinə bir müddət fasilə verilməsi tələbindən sonra ilk dəfə fikrini bölüşən “Microsoft”un həmtəsisçisi Bill Qeyts bu çağırışların çətinlikləri həll etməyəcəyini bildirib.

Məlum olduğu kimi, “ChatGPT”nin dünya miqyasında təsiri və istifadəçilərin sayının sürətlə artması bir çox sahibkarın, xüsusilə də “Tesla”, “SpaceX” və “Twitter”in baş direktoru İlon Maskın reaksiyasına səbəb olmuşdu. Tanınmış sahibkar süni intellektin inkişafının nəzarətə götürülməli olduğunu iddia edirdi.

İndi isə son həftələr gündəmi məşğul edən süni intellekt müzakirələrinə Bill Qeyts də qoşulub. 

"Mən düşünmürəm ki, müəyyən bir qrupdan fasilə tələb etmək çətinlikləri həll edə bilsin", deyə Qeyts fikrini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Texnologiya nəhənginin baş direktoru vurğulayıb ki, fasilənin qlobal təsirini proqnozlaşdırmaq çox çətindir, ona görə də tədqiqatı dayandırmaqdansa, süni intellektdə irəliləyişlərdən ən yaxşı şəkildə necə istifadə olunacağına diqqət yetirmək daha yaxşıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et