Bill Qeyts pandemiyanın başa çatacağı tarixi açıqladı | Banco.az

Bill Qeyts pandemiyanın başa çatacağı tarixi açıqladı

Tamara Mustafayeva, Banco.az

Son illərdə səhiyyə sektoruna investisiya qoyuluşu ilə diqqət çəkən Microsoft şirkətin təsisçisi Bill Qeyts dünyanın normal yaşayışına geri qayıdacağı tarixə dair proqnozlarını irəli sürüb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Polşanın "Gazeta Wyborcza" nəşrinə müsahibə verən milyarder iş adamı COVID-19 peyvəndlərinin sayəsində 2022-ci ilin sonlarına doğru dünyanın əvvəlki mənzərəsinin bərpa ediləcəyini bildirib.

Pandemiyanı "əsl faciə" kimi dəyərləndirən Qeyts COVID-19 ilə bağlı yeganə müsbət irəliləyişin isə peyvəndlərin əlçatanlığı olduğunu qeyd edib. O, "2022-ci ilin sonunda əvvəlki həyatımıza tamamilə geri qayıtmalıyıq", deyə xüsusi vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et