Milyarder 2017-ci ilin yekunlarını çıxarıb, o qarşıdan gələn iş tətilində isti sobanın yanında oturub oxuyacağınız beş kitabdan danışıb.
Dünyanın ikinci ən zəngin şəxsi, Microsft şirkətinin təsisçisi Bill Gates öz şəxsi bloqunda, 2017-ci ildə ən çox bəyəndiyi kitablar haqqında yazıb.
«Mütaliə - mənim öz marağımı doydurmaq üçün ən sevimli üsulumdur. Düzdür, bəxtim gətirib ki, işimlə əlaqədar çox maraqlı insanlarla qarşılaşıb, maraqlı yerlərə gedib çıxmışam, amma yenə də hesab edirəm ki, kitab – sizi maraqlandıran, yeni mövzuları öyrənməyin ən yaxşı yoludur. Bu il mən tamamı ilə fərqli mövzulardan bəhs edən əsərlər seçmişəm» - Gates qeyd edib.
Bill bildirib ki, Joby Warrickin “Black Flags: The Rise of ISIS” (Qara bayraqlar: İŞİD-in yüksəlişi) kitabını çox bəyənib. O, kitabı İŞİD-in İraqda hakimiyyəti necə ələ alması ilə maraqlanan hər kəsə oxumağı tövsiyə edib.
«Digər tərəfdən mən, John Greenin “Turtles All the Way Down” (“Azalma sırasında olan tısbağalar” romanı çox bəyəndim, əsər itmiş milyarderi axtaran gənc qadının hekayəsindən bəhs edir. Roman psixika xəstəlikləri kimi ciddi mövzuya toxunur, amma Johnun bütün hekayələri çox düşündürüdür və digər əsərlərə istindlarla zəngindir. »
“Bu yaxınlarda oxumuş olduğum daha bir maraqlı kitab isə “The Color of Law” (Qanunun rəngi) adlanır, Richard Rothsteinə məxsuddur” - Milyarder qeyd edib ki, o, ABŞ-da iqtisadi mobilliyə mane olan qüvvələr haqqında öyrənməyə çalışıb və kitab ona Amerika şəhərlərində irqi təcridolunma mühitinin yaradılmasında federal siyasətin oynadığı rolu anlamağa kömək edib.
O, həmçinin ona daha çox maraqlı görünən kitablar haqqında daha uzun rəylər yazıb, bəyəndiyi kitablardan iksi isə Vyetnam müharibəsindən bəhs edir. Həmçinin kitablardan biri onun sevimli komiklərindən birinin Amerikadakı yoxsulluq dövrü ilə bağlı ürəkparçalayan memuarlarıdır.
«Əgər Yeni il tətillərində isti ocaq başında mütailə üçün kitab axtarırsınızsa, bu kitablardan birini seçsəniz əmin olun ki, səhv etməzsiniz”.
Bill Gatesin versiyasına əsasən TOP 5 kitab
1.The Best We Could Do, Thi Bui (Əlimizdən gələnin ən yaxşısı)
Bu möhtəşəm qrafik roman özündə çox dərin şəxsi memuarları əks etdirir, o həm valideyn, həm də qaçqın olmağın ağrı –acılarını təsvir edir. Əsərin müəllifi, rəssam Thi Buin ailəsi 1978-ci ildə Vyetnamdan qaçmalı olub. Dünyaya uşaq gətirdikdən sonra, rəssam müxtəlif işğalçılar arasında parça-parça edilmiş ölkədə bir zamanlar yaşamış valideynlərinin təcrübəsi haqqında daha çox öyrənməyə çalışıb.
2. Evicted: Poverty and Profit in the American City, Matthew Desmond (Köçürülmüşlər: Amerikan şəhərində yoxsulluq və Rifah)
Siz yosulluğun gətdiyi problemlərin bir biri ilə necə bağlı olduğunu anlamaq istəsəniz bu kitabı oxumalısınız, kitab Milwaukeeyə köçkün böhranı haqqındadır. Bu kitab mənə, bu ölkədə kasıb olmağın nə demək olduğunu, indiyə qədər oxuduğum bütün kitablardan daha yaxşı anlamağa icazə verdi.
3. Believe Me: A Memoir of Love, Death, and Jazz Chickens, Eddie Izzard (Mənə inanın: Sevgi, Ölüm və Cazz Cücələri haqqında Memuar)
Stendapçı-komik İzzardın hekayəsi insanı valeh edir: onun çox çətin uşaqlığı olub və o yorulmaq bilmədən çalışıb ki, anadan gəlmə istedadı olmasa belə, dünya miqyaslı ulduza çevrilsin. Əgər siz də mənim kimi onun fanatısınızsa, bu kitabı bəyənəcəksiniz.
4. The Sympathizer, Viet Thanh Nguyen (Canıyanan)
Vyetnam müharibəsi haqqında indiyə qədər izlədiyimi filmlərin çoxu və ya oxuduğum bir çox kitab, əksər hallarda hadisələrə Amerikanın baxış bucağını əks etdirib. Artıq bir neçə mükafat almış roman isə iki konflik tərəfi arasında tələyə düşmüş Vyetnamlının hansı hisslər yaşamısından, nələrdən keçməli olmasını o qədər yaxşı izah edir ki. Baxmayaraq ki, “The Sympathizer” çox qaranlıq bir romandır, amma o həm də ikiqat casus və onun başına gələn xoşagəlməz hadisələr haqqında nəfəskəsici hekayədir,
5. Energy and Civilization: A History, Vaclav Smil. (Enerji və Sivilizasiya: Tarix)
Vaclav Smil mənim ən sevdiyim müəlliflərdən biridir və əminliklə bu onun şedevridir. O, bizim enerjiyə tələbatımızın bəşər tarixini necə formalaşdırdığını izah edir. Bu uzunqulaqlar vasitəsi ilə hərəkətə gətirilən dəyirmanlardan başlamış, günümüzdə bərpa olunan enerji resurslarının axtarışına qədər gəlib çıxmışdır. Bu digərləri ilə müqayisədə ən sadə kitabdır, amma siz onu oxuyub daha ağıllı və energetika sahəsində innovasiyanın bəşərin inkişaf istiqamətini necə dəyişdiridiyinə dair bilikli olacaqsınız.