Bill Ackman gənc Buffett roluna iddialıdır | Banco.az

Bill Ackman gənc Buffett roluna iddialıdır

Forbes-dan Antoine Gara tanınmış səhmdar Bill Ackman haqqında proqram hazırlayıb. Qeyd edək ki, Ackman özünü Berkshire Hathaway tekstil kompaniyasının rəhbəri və ya “Oracle of Omaha” Warren Buffett istiqamətində sınamaq fikrindədir.

Gara əlavə  edib ki,  Ackman Berkshire Hathawayin protitipi Howard Hughes daşınmaz əmlak firmasına rəhbərlik edir, həmçinin şirkətin səhmlərinin 26%-i onun əlindədir. Beləcə Ackman şirkəti böyüdərək, nəhəng imperiya qurmaq niyyətindədir.

Ackman Bloomberg TV-yə verdiyi müsahibəsində bildirib ki: “ Bizim güddüyümüz dəyişikliklər, heç də qısamüddətli dəyərlər üçün planlaşdırılmayıb. Əsl biznesmenlər kimi, biz də fundamental dəyişikliklər etmək niyyətindəyik”.

Ən sərfəli kredit üçün müraciət et

Howard Hughes hazırda Nevada, Sumelin yaxınlığında 35 kv millik yaşayış məskəni yaratmağı planlaşdırır. Həmçinin onlar adı çəkilən ərazinin ətrafında 6000 akrlıq torpmaq sahəsini də özəlləşdiriblər. Bu ərazidə gələcəkdə 1400 yaşayış evi və 1.4mln kv feet ərazidə isə ofislərdən ibarət şəhərcik tikmək niyyətindədirlər.

Təbii ki, bu hələ başlanğıcdır. Korporasiya həmçinin, Las Vegasda beyzbol komandasına sponsorluq edir. Həmçinin yaxın zamanda həmin ərazidə otel və kazino şəbəkəsi də yaradacağı istisna olunmur.

Qəribəsi isə ondadır ki, hər iki rəhbər şəxsin fəaliyyət istqaməti demək olar ki, eynidir. Buna görə də Ackmanı Buffetin ardıcılı hesab edirlər.