Mərkəzi Bank “Bilik mübadiləsi” layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün “Elektron bankçılıq: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda seminar keçirib.
Mərkəzi Bankdan Banco.az portalına bildiriblər ki, seminarın keçirilməsində məqsəd bu sahədə ali təhsil müəssisələrinin tələbələrinin maarifləndirilməsi və elektron bankçılıq xidmətlərindən istifadənin təşviq edilməsindən ibarətdir.
Tədbirdə iştirakçılara elektron bankçılıq xidmətlərinin üstünlükləri, inkişaf istiqamətləri, bu sahədə mövcud vəziyyət və mütərəqqi beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib, mövzu üzrə suallar cavablandırılıb.
Qeyd edək ki, layihə çərçivəsində ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilir.