BFB “Vestmark Financial Leasing Investment Company”nin ticarətini başa çatdırıb | Banco.az

BFB “Vestmark Financial Leasing Investment Company”nin ticarətini başa çatdırıb

Bakı Fond Birjası (BFB) “Vestmark Financial Leasing Investment Company” MMC-nin 2 mln. manat məbləğində istiqrazlarının ticarətinin dayandırılmasına dair qərar qəbul edib. Bu barədə birjanın məlumatında qeyd edilir.

Xəbər verildiyi kimi, QKDK 29 avqust 2013-cü ildə “Vestmark Financial Leasing Investment Company" ASC-nin 2 mln. manat məbləğində təmin olunmamış istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. İstiqrazların tədavül müddəti 720 gün, illik gəlirliliyi 14% təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

“Dekabrın 8-də QKDK şirkətin istiqrazlarının dövriyyəsinin dayandırılmasına dair qərar qəbul edib. Bunun əsasında BFB “Vestmark Financial Leasing Investment Company” -nin istiqrazları ilə ticarətin dayandırılmasını qərara alıb”, - deyə məlumatda qeyd olunur.

"Vestmark Financial Leasing Investment Company" ASC 2013-cü ilin yanvar ayında qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 1,2 mln. manata bərabərdir, səhmdarı 1 fiziki şəxsdir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et