BFB-nın “Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları” yenilənmişdir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

BFB-nın “Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları” yenilənmişdir

26 may 2023-cü il tarixində Bakı Fond Birjasının idarə heyətinin qərarı ilə “Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları”nın yeni redaksiyası qüvvəyə minmişdir.

Qaydalara əsasən AINA (Azn INdex Average) indeksinin 2 növü hesablanır: Banklararası əqdlər əsasında hesablanmış - AINAIB indeksi və bütün əqdlər əsasında hesablanan AINAAO.

Müddəti 1-3 gün arası olan indekslər 1D AINAIB və ya 1D AINAAO, müddəti 6-8 gün olan indekslər 1W AINAIB və ya 1W AINAAO, müddəti 13-15 gün olan indekslər 2W AINAIB və ya 2W AINAAO, müddəti 29-32 gün olan indekslər 1M AINAIB və ya 1M AINAAO adlanır.

Qayadalarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://www.bfb.az/az/view-file/repo-bazarinda-baglanilan-eqdler-uzre-indekslerin-he.pdf

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram