Müəllif - Aida İsaq, Banco.az
Rusiyada 2030-cu ilə qədər maliyyə bazarının inkişafı strategiyası təsdiqlənib.
Banco.az xəbər verir ki, müvafiq sənəd ölkədə xarici bankların filiallarının fəaliyyətinə qoyulan qadağanın aradan götürülməsini özündə ehtiva edir. Eyni zamanda qeyd olunur ki, bu qərar yalnız “dost” ölkələrin kredit təşkilatlarına aiddir. Ekspertlər müvafiq qanun layihəsinin icra olunmasının ölkəyə xarici investisiyaların axınını gücləndirə biləcəyini həmçinin Rusiyaya qarşı tətbiq olunan sanksiyaların nəticələrini aradan qaldırmağa kömək edə bilər. Bundan başqa açılacaq yeni filialların bəzi məqamlarda məhdudlaşdırılacağı lakin ümumilikdə müəyyən qədər sərbəst fəaliyyət istiqamətinə sahib olacağı bildirilir.
Qeyd edək ki, Rusiyada xarici bankların filiallarının açılmasına qoyulan qadağa 2013-cü ilin martından qüvvəyə minib.
Bizi sosial şəbəkələrdən izləyin!!