Bəzi terminallar yeni manatları qəbul etməyəcək | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bəzi terminallar yeni manatları qəbul etməyəcək

Azərbaycanda fəaliyyət göstərən  bəzi ödəniş sistemlərinin terminalları ilk dövrlərdə yeni buraxılan manatlıqları qəbul etməyəcək.

Bu barədə Mərkəzi Bankın yeni əskinaslarla bağlı açıqlamasında bildirilir.

«Koronavirusla bağlı mövcud pandemiya vəziyyəti ilə əlaqədar hazırda tətbiq olunan məhdudiyyətlər səbəbindən bir sıra qeyri-bank ödəniş təşkilatları (Modenis MMC - “eManat“, Komtec Ltd. - “MilliÖN”, Expressbank ASC - “Expresspay”) istismar etdikləri nağd pul terminallarının yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) proseslərinin yekunlaşmadığını və bu proseslərin davam etdiyini bildirmişlər.

Bununla əlaqədar əhalinin diqqətinə çatdırılır ki, uyğunlaşdırma proseslərinin yekunlaşmasınadək belə terminallarda köhnə nümunəli pul nişanlarının istifadəsi məqsədəuyğun hesab olunur»-deyə AMB bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram