"Bəzi şəxslərə tibbi maskalar ödənişsiz verilir" | Banco.az

"Bəzi şəxslərə tibbi maskalar ödənişsiz verilir"

"Bu gün ölkədə müəyyən edilmiş şəxslərə tibbi maskalar ödənişsiz şəkildə paylanılır".

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əgər ehtiyac yaranacaqsa hər şey vətəndaşların təhlükəsizliyi üçün təmin ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Hökumət rəsmisi bildirib ki, bu gün əhaliyə pulsuz maskaların paylanılması gündəmdə deyil: "Həm də apteklərdə satılan maskaların qiyməti də münasibdir. Eyni zamanda zərurət olmadan küçəyə çıxılmaması qərarı da maska istifadəsini azaltmış olur".

Report

Ən sərfəli krediti almaq üçün müraciət et