Beynəlxalq Valyuta Fondundan iqtisadi islahat çağırışı | Banco.az

Beynəlxalq Valyuta Fondundan iqtisadi islahat çağırışı

Tamara Mustafayeva, Banco.az

Bilindiyi kimi, koronavirus pandemiyası dünya iqtisadiyyatını dərindən sarsdı. Covid-19 səbəbilə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin maliyyə tarazlığı pozuldu. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, Beynəlxalq Valyuta Fondu (BVF) ölkələrin borclarının artması ilə bağlı xəbardarlığa davam edir.

BVF-in baş direktor müavini Mitsuhiro Furusawa iştirak etdiyi bir proqramda ölkələrin borclarının artmasına diqqət çəkib. O bildirib ki, dünya tarixində ilk dəfə ölkə borcları ümumi milli məhsulu üstələyib.

Mitsuhiro Furusawa, "İqtisadiyyat əvvəlki vəziyyətinə qayıtdığı zaman dövlət maliyyəsini idarə etmək üçün orta və uzun vədəli maliyyə islahatları həyata keçirilməlidir. Bu, bizim ölkələrə iqtisadi siyasətlə bağlı verəcəyimiz tövsiyələrin başında gələcək.", deyə vurğulayıb.

Həmçinin oxu: Ötən il 47 milyard dollar olan bu şirkətin hazırkı dəyəri 2.9 milyarda düşüb

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et