Beynəlxalq reytinq agentliyindən "İslam maliyyəsi" açıqlaması | Banco.az

Beynəlxalq reytinq agentliyindən "İslam maliyyəsi" açıqlaması

Beynəlxalq kredit reytinqi agentliyi "Moody's" İslam maliyyəsinin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində sürətli artım qeyd etməsinin gözlənildiyini açıqlayıb.

"Moody's"dən verilən açıqlamada, Müstəqil Dövlətlər Birliyi ölkələrində gələcək 5 il ərzində İslam maliyyəsi və bankçılığının nəzərə çarpacaq dərəcədə inkişaf edəcəyi qeyd edilib.

Açıqlamada bölgə ölkə hökumətlərinin də İslam maliyyəsinin inkişafını dəstəkləmək üçün lazımlı qanuni tənzimləmələri reallaşdırdığı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

"Moody's"in analitiki Svetlana Pavlova, "Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan İslam maliyyəsi bankçılığında öndə olacaqlar. Bu ölkələrdə böyük bir Müsəlman əhali mövcuddur. Hökumətlər də İslam maliyyəsinin böyüməsi üçün daha yaxşı qanunların hazırlanmasına böyük maraq göstərirlər"- ifadələrindən istifadə edib.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et