Beynəlxalq Peşəkar və Təşkilati İnkişaf Şirkəti olan “Universitas İnternational” 16 Noyabr 2018-ci ildə ödənişsiz silsilə təlimlərin ikinci sessiyasını keçirəcək.
Təlim dünyanın 30-dan çox ölkəsində ümumi idarəetmə sahəsində 20 ildən artıq təcrübəyə malik olan Kanadalı mütəxəssis tərəfindən keçiriləcəkdir.
16 Noyabrda baş tutacaq təlim təşkilatlar, proqram və layihələr çərçivəsində effektiv planlama və qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyır və təşkilatların səmərəli fəaliyyətinə töhfə verməyə istiqamətlənib. “Məhsuldar olmaq çox çalışmaq demək deyil, effektiv planlama və işi səmərəli şəkildə icra etməkdir,” –təlimi keçəcək olan ekspert cənab Valid Madhun deyir.
Silsilə təlimlərin noyabr və dekabr ayları ərzində davam edəcəyi planlaşdırılır. Hər sessiyada müxtəlif mövzular müzakirə ediləcəkdir. Əvvəlki sessiya “Səmərəli kommunikasiya vasitələri”nə həsr olunmuşdu. Növbəti sessiyalarda müzakirəsi nəzərdə tutulan mövzulara daxildir: Nəticəyönümlü idarəetmə, Biznes məlumatlarının təhlili, İnsan Resurslarının İdarə Edilməsi, və.s.
Xüsusilə qeyd ermək lazımdır ki, “Universitas İnternational” universitet və kollec sertifikatlı kurslar təklif edən yeganə Peşəkar və Təşkilati İnkişaf Şirkətidir. Kurslar sertifikat verən universitet və kolleclərin müəllim və tədris üzrə mütəxəssisləri tərəfindən hazırlanır, tədris olunur və qiymətləndirilir. Şirkətin əsas məqsədi dövlət və özəl sektorda fəaliyyət göstərən müəssisələrin strateji, əməliyyat və texniki səmərəliliyinin artırılmasına nail olmaqdır.
Təlim vaxtı: 16 Noyabr, 2018.
Təlim saatı: 14:00 – 18:00
Təlim dili: İngilis dili (tərcüməçinin iştirakı ilə)
###
Əlaqələndirici şəxs:
Güllü Atakişiyeva
Tel: (012) 505 00 53
Email: [email protected]
Web: www.universitas-international.com
LinkedIn: linkedin.com/in/universitas-international-11a415140
Facebook: https://www.facebook.com/universitasinternational/