İyun ayının 20-də Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən Azərbaycanın kommersiya bankları və digər maliyyə institutları üçün daşınar əmlakla əməliyyatların kreditləşməsi mövzusunda seminar keçiriləcək.
Bu məqsədlə, maliyyə sektorunun inkişafı üzrə ekspert Saymon Tomson iyun ayının 16-da Bakıya gəlib.
Seminarın keçirilməsində əsas məqsəd ilk növbədə, kiçik və orta müəssisələr arasında borc alanların sayının artırılması məqsədilə kreditləşmənin yeni metodlarının tətbiqidir.
Seminar IFC-nin Mərkəzi Asiyada və Azərbaycanda maliyyə infrastrukturunun möhkəmləndirilməsi (ACAFI) üzrə layihəsi çərçivəsində təşkil olunacaq. Qeyd edək ki, sözügedən layihə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilir.
Sevinc İbadova/Banco.az