Beynəlxalq Enerji Agentliyi (IEA) elektrik şəbəkələrinə investisiya qoyuluşuna çağırır | Banco.az

Beynəlxalq Enerji Agentliyi (IEA) elektrik şəbəkələrinə investisiya qoyuluşuna çağırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Enerji Agentliyi (IEA) elektrik şəbəkələrinə investisiya qoymağa çağırıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (IEA) tərəfindən dünyanın elektrik şəbəkələrinin ilk inventarları kimi dərc edilən Elektrik Şəbəkələri və Təhlükəsiz Enerji Transformasiyası adlı hesabat işıq üzü görüb.

Hesabata görə, elektrik sistemlərinin onurğa sütununu təşkil edən şəbəkələrin genişləndirilməsi üçün investisiyalar günəş və külək enerjisi, elektrik nəqliyyat vasitələri və istilik nasosları kimi təmiz enerji texnologiyalarının transformasiya tempi ilə ayaqlaşa bilmir.

Hazırda dünyada yarısı qabaqcıl mərhələdə olan 3 min gigavat bərpa olunan enerji layihələri şəbəkəyə qoşulmağı gözləyir. Bu güc 2022-ci ildə qlobal miqyasda istifadəyə verilən ümumi günəş və külək enerjisi imkanlarının beş qatına bərabərdir.

Təmiz enerji tutumunun şəbəkəyə qoşulması və elektrik sistemlərinin və iqlim hədəflərinin təhlükəsizliyinə töhfə vermək üçün şəbəkə infrastrukturunun modernləşdirilməsi və rəqəmsallaşdırılması lazımdır. 2010-cu ildən bəri bərpa olunan enerjiyə investisiyalar demək olar ki, iki dəfə artsa da, qlobal şəbəkə investisiyaları sabit olaraq hər il 300 milyard dollar səviyyəsində qalır.

Ən sərfəli kredit üçün müraciət et

Odur ki, milli iqlim məqsədlərinə nail olmaq və enerji təhlükəsizliyini təmin etmək üçün 2040-cı ilə qədər dünya üzrə 80 milyon kilometr elektrik şəbəkəsi əlavə edilməli və ya yenilənməlidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et